Şamaxıda baş verən zəlzələ Bakıda hiss edilib - DİN

21:28 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.

“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, - deyə DİN-in məlumatında qeyd edilir.